Laçında top mərmiləri aşkar edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəbərə görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində 2 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.