"Bundan sonra bizim fəaliyyətimiz daha çevik olacaq"
Metbuat.az xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının yeni sədri Rəşad Məcid deyib. O bildirib ki, yeni üzvlərlə birgə görülən işlərin həcmi daha da genişləndiriləcək:
"İndi informasiya məkanı genişlənib. Biz Mətbuat Şurası İdarə Heyətinə seçilən yeni üzvlərlə daha geniş sahədə etik davranışlarla bağlı fəaliyyət göstərəcəyik. Yeni üzvlərlə birlikdə Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq".