Həvəskar yazarların iki kitabı təqdim edildi -

25 sentyabrda ''Bookzone" kitab evində, "Laboratory of Art" incəsənət platforması həvəskar yazarların hekayələr toplusundan ibarət olan "Qələmimizdən qəlbinizə" adlı kitabın ll tirajını, eləcə də"Misraların əsrarı" adlı həvəskar şairlərin seçilmiş şeirlərindən ibarət kitabını təqdim edib.

Metbuat.az xəbər verir ki, 15 müəllifdən müxtəlif üslubda şeirlər cəmləndiyi layihənin ideya müəllifi ölkəmizin müasir ədəbiyyatında ilk qorxu janrının yazarı Fərid Nəsibzadədir.

"Bu gün biz verdiyimiz vədlərin arxasında olduğumuzu bir daha həm müəlliflərimizə, həm də oxucularımıza, yanımızda olan dostlarımıza bir daha sübut etdik. Bu gün həm hekayələr kitabının ll tirajı, həm də "Misraların əsrarı" adlı şeir kitabımız oxucularıyla qovuşdu. Biz mütləq şəkildə "Brendbuk" layihəmizi davam edəcəyik. "Laboratory of Art" brendi altında yeni kitablarımız da nəşr olunacaqdır", -deyə Nəsibzadə bildirib. Qeyd edək ki, layihənin çap tərəfdaşı "Bookzone Group"dur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR