"Harop" və "Quzğun" son döyüşlərdə düşmənə belə

"Dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarıldı və bu hərbi bazadakı yanğın saatlarca raketlərin və sursatların partlaması ilə müşayiət olundu".

Metbuat.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev "Azərbaycan” qəzetinə müsahibəsində Ermənistanın sentyabrın 13-14-də törətdiyi təxribatlardan danışarkən deyib.

"Sentyabrın 13-dən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatının qarşısı qəhrəmancasına alındı, düşmənin canlı qüvvəsi, artilleriya və minaatanla yanaşı döyüş postları, dayaq məntəqələri, atəş nöqtələri zərərsizləşdirildi.

Bu döyüşlərdə qəhrəmancasına həlak olmuş bütün şəhidlərimizə rəhmət diləyir, yaralılarımıza tez sağalaraq sıralarımıza qayıtmalarını arzulayıram.

Döyüş əməliyyatları zamanı "Harop" və "Quzğun" zərbəendirici PUA-larının döyüş tətbiqi nəticəsində düşmənə uzaq məsafədən Azərbaycan Respublikasının hava məkanını nəzarətdə saxlamaq imkanı verən 2 "S-300" zenit-raket divizionu, döyüş dəstləri ilə birlikdə 2 ədəd "S-125" kompleksinin idarəetmə stansiyaları, "P-18" radiolokasiya sistemi, R-330 "Jitel" elektron mübarizə mərkəzi və sistemin anten gücləndirici qurğuları, onlarca döyüş məntəqəsi məhv edildi. Dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarıldı və bu hərbi bazadakı yanğın saatlarca raketlərin və sursatların partlaması ilə müşayiət olundu".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR