Azərbaycanın Baş Qərargah rəisi Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib -

Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan nümayəndə heyəti abidə önünə əklil qoyub və ümummilli liderin xatirəsini dərin ehtiramla yad edib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin əməkdaşları müşayiət ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR