Məşhur reper qəfil öldü

Məşhur amerikalı musiqiçi, 90-cı illərin əfsanəvi reperi Kulio 59 yaşında ABŞ-ın Los-Anceles şəhərində vəfat edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçının ölümünə səbəb ürəktutmasının olduğu deyilir.

Qeyd edək ki, Kulio "Gangsta’s Paradise" (1995) albomundakı eyniadlı treki ilə dünyada məşhurluq qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR