"Mediaya qeyri-rəsmi ödənişlər dövlətin maraqlarına qarşıdır" -

"Reket elementləri ilə peşəkarcasına məşğul olanların əksəriyyəti bizim ciddi media subyektlərində oturublar".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli İctimai TV-nin efirində yayımlanan "Diqqət Mərkəzi" verilişində deyib.

Onun sözlərinə görə, reket jurnalistika kimlərinsə işinə yaşayır. Reket jurnalistikaya qarşı qanun müstəvisində mübarizə aparılmalıdır:

"Reket mətbuat, şantajçı, sarı mətbuat həmişə kiminsə işinə yarayır. Bunun kökünü mətbuatda deyil, başqa yerdə axtarmalıyıq. Reket bunun təzahür formasıdır. Bu, bizim peşəmizin gələcəyi ilə bağlı olan məsələdir. Biz mübarizəni qanun müstəvisində aparırıq. Məsələn, "Media haqqında" qanunda, Agentliyin keçirdiyi müsabiqələrdə də göstərildiyi kimi, mediaya bütün ödənişlər də, jurnalistlərin gəliri də şəffaf olmalıdır. Əgər media dövlətin güzəşt və imtiyazlarından faydalanmaq niyyətindədirsə, təbii ki, bu, könüllüdür, gəlirlər şəffaf olmalıdır. Mediaya qeyri-rəsmi ödənişin hər qəpiyi media etikasına, Azərbaycan dövlətinin və ictimaiyyətinin maraqlarına qarşı işləyir. Maliyyə şəffaflığı məsələsini və etik qaydaları düşünmək lazımdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR