Votsap barədə inanılmaz iddia -

Teleqramın qurucusu Pavel Durov votsapın cəsus vasitəsi olduğunu irəli sürüb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, xakkerlər votsap vasitəsilə istifadəçinin telefonunda bütün məlumatları əldə bilir. Onun sözlərinə görə, votsap proqramında 4 dəfə təhlükəsizlik boşluğu müəyyən edilib. Durov təhlükəsizlik boşluqlarının təsadüfi olmadığını irəli sürüb.

Durov iddia edib ki, o belə açıqlamaları ilə insanları teleqrama keçməyə təşviq etmək niyyəti yoxdur. Durov teleqramın 700 milyondan çox aktiv istifadəçisinin olduğunu qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR