Ruhəngiz Qasımova bu şəhərdə vəfat edibmiş -

Xəbər verdiyimiz kimi, tanınmış bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovavəfat edib.

Metbuat.az-ın məlumatına görə, aparıcı Hacı Nuran Hüseynov bildirib ki, mərhum Honq-Konqda qızı Canana Paşa Süleymaninin yanında vəfat edib.

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır.

Bəstəkarlar İttifaqının üzvü, Prezident təqaüdçüsü idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR