Ledi Qaqanı, Beyonsu geyindirən azərbaycanlı dizayner -

Ötən günlərdə dünyaca məşhur “Tiffany & Co” cəvahirat brendi Beyonsla çəkilişlər gerçəkləşdirilib.

Metbuat.az xəbər verir ki, müğənninin çəkilişlərdə istifadə etdiyi libas azərbaycanlı dizayner Qalib Həsənovun yaradıcısı olduğu "ACT N°1" brendinə məxsus olub.

Həmçinin Ledi Qaqa, Dua Lipa, Zara Larsson, "Elite” serialının ulduzu Manu Rios kimi məşhurlar da həmin brendə məxsus geyimlərdən istifadə edib.

Qeyd edək ki, "ACT N°1" brendi azərbaycanlı Qalib Həsənov və çinli Luka Linin həmtəsisçiliyi ilə ərsəyə gətirilib. Onlar 2017-ci ildə İtaliyada Vogue İtaliya və AltaRomanın birgə təşkil etdiyi müsabiqədə qalib gələrək bu brendi formalaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR