Feysbukda nə baş verir? -

Hazırda Feysbuk istifadəçiləri izləyicilərinin dünənə nisbətdə kəskin şəkildə azalmasından dolayı şikayətlənirlər.

Metbuat.az xəbər verir ki, vəziyyət o hala çatıb ki, hətta “Meta” şirkətinin rəhbərinin rəsmi hesabında da izləyicilərin sayı kəskin azalıb. Ötən günə qədər Feysbukun yaradıcısı Mark Zukerberqin hesabını 119 milyon insan izləyirdisə, hazırda bu göstərici cəmi 9 996 nəfərdir. Bu vəziyyət bir çox məşhur simanın şəxsi Feysbuk səhifəsində də hiss olunur. Analoji hadisə Azərbaycanda da platformanın istifadəçilərinin narahatlığına səbəb olub.

Qeyd edək ki, baş verənlərlə bağlı hələlik “Meta” şirkətindən heç bir şərh verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR