"Reyestr media mühitindəki sistemsizliyi aradan qaldıracaq" -

"Bu gün Azərbaycan media mühitində bir sistemsizlik var. Düşünürük ki, reyestrin formalaşması sistemsizliyin aradan qaldırılmasına töhfə verəcək".

Metbuat.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli REAL TV-yə müsahibəsində deyib. O bildirib ki, jurnalist vəsiqəsinin arxasında yerləşdirilən QR kod həmin jurnalist haqqında məlumatın doğru və ya yanlış olduğu barədə dəqiq məlumat verəcək:

"Təqdim edilən vəsiqənin arxasında QR kod olacaq. Həmin kod oxudulunan zaman Media Reyestrinin informativ səhifəsinə keçid olunacaq və həmin jurnalistin vəsiqəsi görünəcək. Bu da jurnalistin məlumatının mötəbərliyinə əmin olmağa şərait yaradacaq".

O həmçinin bildirib ki, Media Reyestrinə qeydiyyat üzrə işlər artıq tamamlanmaq üzrədir, yaxın zamanlarda qeydiyyat başlayacaq:

"Artıq Media Reyestrinin hüquqi təminatı məsələsi tam bitib. Sistemin proqram təminatı üzrə də işlər bitmək üzrədir. Düşünürür ki, yaxın günlərdə Media Reyestri elan olunacaq".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR