Zelenskidən küsən İlon Maskdan YENİ ADDIM:

Tesla-nın baş direktoru İlon Mask ukraynalıları qəzəbləndirib.

Metbuat.az xəbər verir ki, Mask deyib ki, o artıq Starlink peyk internet xidmətini işğal altında olan ölkəyə pulsuz təklif edə bilməyəcək. Maskın belə addım atmasına səbəb Ukraynanın Almaniyadakı səfiri Andrij Melnikin onu şəxsi Tvitter səhifəsində təhqir etməsi olub.

Qeyd edək ki, milyarder texnoloq bu yaxınlarda Kiyevi Moskvanın işğalından sonra qazandığı əraziləri tərk etməyə çağıraraq müharibəni dayandırmağı təklif edib. Və Maskın bu təklifinə bir çox seqmentlərdən, xüsusən də ukraynalılardan ciddi reaksiya gəlib.

“Starlink” peyk xidmətini geri çəkməyə hazırlaşan Mask indi ancaq Ukrayna səfirinin məsləhətinə əməl etdiyini bildirib. Maskın bu qərarı səkkiz aydır davam edən müharibəyə böyük təsir göstərə bilər. Starlink Ukrayna ordusu üçün mühüm kommunikasiya mənbəyi olub. Mask fevralın sonlarında işğala görə internet xidmətləri kəsilən Ukraynaya “Starlink” dəstəyi verib. Məsələyə münasibət bildirən Ukrayna baş nazirinin müavini Mixailo Fedorov da deyib ki, bu xidmət Rusiyanın 100-dən çox qanadlı raket hücumundan sonra kritik ərazilərdə enerji və kommunikasiya infrastrukturunun bərpasına kömək edib.

Ukraynanın “Starlink” dən istifadəsinə görə Pentaqondan ödəniş tələb edildiyini yazan CNN bildirir ki, ABŞ Ukraynaya göndəriləcək 1330-dan çox terminalın pulunu ödəmişdi, “SpaceX” isə 3670 terminal bağışlamışdı. Terminallarda üç aylıq limitsiz məlumat var idi.

Biz Ukraynaya daha çox terminal bağışlamaq və ya qeyri-müəyyən müddətə mövcud terminalları maliyyələşdirmək iqtidarında deyilik”, - deyə “SpaceX”in hökumət satış direktoru Pentaqona cavabında bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR