"Whatsapp"dan yenilik -

Sosial mesajlaşma platforması "WhatsApp" yeni funksiyanı təqdim etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bundan sonra göndərilən mesajları redaktə etmək mümkün olacaq. Bir mesajın redaktəsi üçün platforma 15 dəqiqə vaxt ayıracaq. Redaktə edildikdən sonra mesaj "redaktə edildi" kimi qeyd olunacaq. Yeni funksiyanın bütün "WhatsApp" istifadəçiləri üçün nə vaxt əlçatan olacağı dəqiq bilinmir.

Qeyd edək ki, bu funskiya "Facebook"un həm paylaşım bölümündə, həm də şərh bölməsində aktivdir. "Instagram"da isə yazılan hər hansı şərhi redaktə etmək mümkün deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR