Nəvəsi Ruhəngiz Qasımova haqqında bilinməyən faktı

Bir müddət əvvəl vəfat edən Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə bağlı bilinməyən fakt ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Vasif Süleymanov 2021-ci ilin dekabrında rəhmətə getdikdən sonra onun köməkçisi ilə yaşadığı deyilib. Hətta Qasımovanın müğənni nəvəsi Hilal Süleymanov da onu sözügedən tarixdən sonra görməyib.

Bu haqda Hilal "Space Maqazin"ə açıqlamasında bildirib:

"Nənəm elə öz evində qalırdı. Tez-tez görüşmürdük. Babam rəhmətə getdikdən sonra dekabr ayında görüşdük. Köməkçisi var idi. Ailə üzvlərimizdən heç kimlə qalmırdı".

Xatırladaq ki, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova oktyabrın 9-da Honq-Konqda yaşayan qızı Canana Paşa Süleymaninin evində vəfat edib. Sənətkar 82 yaşında dünyasını dəyişib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR