Müharibə başlayandan bəri ilk dəfə baş verdi -

Rusiya və Urkayna arasında növbəti dəfə əsir mübadiləsi baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Ukrayna 72-si dənizçi olmaqla 110 nəfəri sərbəst buraxıb. Rusiya isə əvəzində 108 nəfəri qarşı tərəfə verib. Rusiyanın azad etdiyi əsirlərin hamısı qadındır. Əsir mübadiləsi barədə açıqlama verən Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, bu, azad edilənlərin hamısı qadınlardan ibarət olan ilk əsir mübadiləsidir.

Yermak əsirlikdən azad edilən qadınların Ukrayna üçün xüsusi əhəmiyyət kəsb etdiyini ifadə edib. Azad edilən qadınlardan 12-si mülki vətəndaş digərləri isə hərbçilər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR