Azərbaycan memarı Zivər bəy Əhmədbəyovun şərəfinə "Nizami" metrosunun yaxınlığında ucaldılan abidə baxımsız vəziyyətdədir.
Metbuat.az-ın qaynar xəttinə göndərilən fotolarda abidənin kirli olduğu, günlərdir belə qaldığı qeyd edilir.
Məsələ ilə Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Bildirildi ki, məsələ araşdırılacaq.
Xəbər yenilənəcək.
Qeyd edək ki, Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov Azərbaycanın ilk ali təhsilli memarıdır. Bu abidə isə 2011-ci ildə "Nizami" metrosunun qarşısında yerləşən Cəfər Cabbarlı küçəsindəki parkda ucaldılıb. Müəllifi Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.

