Bakıda daha bir neçə tarixi binaya edilən qanunsuz müdaxilənin qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, monitorinq Yusif Məmmədəliyev küçəsində həyata keçirilib.

Həmçinin tarixi binalara qanunsuz müdaxilə edən obyektlər arasında tanınmış aktyor və bloqçu Taleh Yüzbəyovun "Yüz Cafe"si də var.

Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovaya qeyd edib ki, Taleh Yüzbəyov özü müraciət edərək həmin reklam lövhəsinin söküləcəyini bildirib:

"Tanınmış aktyor və bloqçu Taleh Yüzbəyovun bir neçə gün əvvəl quruma nümunəvi sahibkar qismində müraciət edərək abidənin fasadına vurulan reklam lövhəsinin söküləcəyini bildirib və bu gün qanunsuz müdaxilənin qarşısı alınıb".

Tarixi binaya qanunsuz müdaxilə -

Tarixi binaya qanunsuz müdaxilə -

Qaynar xətt 0552252950