Sosial mesajlaşma platforması olan "WhatsApp" istifadəçilərə yeni funkisya təqdim edir.

Metbuat.az xəbər verir ki, bundan sonra profilə və ya kiməsə foto göndərdiyimiz anda həmin şəkli bulanıqlaşdıra bilərik. "Foto bulanıqlığı" funksiyası mesajlaşma zamanı göndərdiyiniz fotoşəkillərin hamısını və ya yalnız müəyyən bir hissəsini senzuradan keçirməyə imkan verir. Yəni istifadəçilər başqa bir tətbiqə ehtiyac duymadan elə mesaj anında "WhatsApp"da bunu edə biləcəklər.

Bu funskiya aləti beta versiyalarda əlçatan olsa da, daha çox istifadəçi üçün yeni bir "güncəlləmə"dən sonra aktiv olacaq. Həmçinin yaxında zamanda "WhatsApp Desktop" istifadəçilərinə təqdim olunacaq.

Whatsapp'tan yeni fotoğraf bulanıklaştırma özelliği - 1