Hraparak:"Paşinyan Ermənistan üçün təhlükədir"

Ermənistanın "Hraparak" nəşri baş nazir Nikol Paşinyanın dünənki Soçi səfərindən yazıb.

Metbuat.az-ın məlumatına görə, "Uğursuz insanın daha bir uğursuz görüşü" adlı məqalədə qeyd edilib ki, Soçi görüşündə Ermənistan üçün heç bir müsbət nəticə əldə olunmayıb:

"Üçtərəfli görüşün yekunlarına dair dərc olunmuş bəyanata əsasən, biz görüşü uğursuz dəyərləndirə bilərik. Vladimir Putinlə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev konkret olaraq bildirib ki, "Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub, ona görə də bu kontekstdə müzakirə olunacaq praktiki heç nə yoxdur"".

Eyni məqalədə həmçinin Paşinyanın Ermənistan üçün təhlükə yaratdığı qeyd edilib:

"Erməni xalqının hazırda böyük bir milli probemli var -Nikol Paşinyan. Erməni xalqı Nikolu hakimiyyətdən uzaqlaşdırmaq üçün birləşməlidir. O, Ermənistanın mövcudluğu üçün təhlükədir".

Həmçinin oxuya bilərsiniz: "Paşinyan Soçiyə 15 təkliflə getmişdi" - Politoloq

Bakının Qarabağ qələbəsi: Əliyev Soçi görüşündən əli dolu qayıtdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR