Bakının Qarabağ qələbəsi:

“Oktyabrın 31-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında Rusiyanın Soçi şəhərində baş tutan görüş Rusiyanın çöküşünə işarədir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Turab Rzayev ötən gün tərəflər arasında baş tutan görüşü şərh edən zaman deyib. T.Rzayev hesab edir ki, açıq-aydın görmək olar ki, Rusiya Qafqaza nəzarəti itirir.

Turab Rzayev


“Həm Azərbaycan Prezidenti, həm də Ermənistan baş naziri görüşə sadəcə Putini yola vermək xatirinə qatılıblar. Çünki İndiki həssas dönəmdə heç kəs Rusiyanın, hələ-hələ şəxsi qüruru sındırılmış Putinin birbaşa aqressiyasının hədəfi olmaq istəmir. Eyni zamanda, Paşinyan Soçidən Zəngəzur yoluna məhz Ermənistanın özünün nəzarət etməli olduğunu deyir. Prezident Əliyev isə, demək olar ki, heç bir təkliflə razılaşmadı və Azərbaycan Respublikasının maraqları ziddinə heç bir təklifin masada olmayacağını çox bariz nümayiş etdirdi. İlham Əliyev bir daha nümayiş etdirdi ki, Qarabağ münaqişəsi tarixdir. Bu kontekstdə müzakirə olunacaq bir şey yoxdur. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb. Və Bakı Yerevanla münasibətlərin normallaşması üçün 5 əsas prinsip irəli sürüb, bunun əsasında normallaşmaya nail olmaq olar”.

Soçi görüşü Azərbaycanın maraqlarına uyğun idi...

Siyasi şərhçi Asif Nərimanlı Soçi görüşünün yekun bəyanatını üç istiqamətdə dəyərləndirdi. Onun sözlərinə görə, bu görüş Azərbaycanın maraqlarına xidmət edən nəticə ilə yekunlaşdı.

Siyasi passientlərin “Qəribə bir şayiə”si...

Asif Nərimanlı

“Birincisi, Rusiyanın əldə etdiyi nəticədir: Moskva təşəbbüsü yenidən ələ alaraq, sülh sazişinin imzalanmasına hazırlıq prosesində özünə yer etməyə başladı. Rusiya həm iki ölkənin ictimaiyyəti, həm parlamentləri arasında, o cümlədən, humanitar məsələlərdə vasitəçilik etməklə rolunu gücləndirdi. Putinin vasitəçilik etdiyi 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlarının icrasını bir daha aktuallaşdırır. Və bölgədə Qərbin önünə keçmək addımı atır. Görüşdə Azərbaycanın əldə etdiyi nəticə isə ondan ibarətdir ki, Bakının gündəliyi aktuallığını qoruyur”.

Bəyanatda Qarabağ və “status”a dair heç bir ifadənin yer almaması ilə bunun daxili məsələsi olduğunu bir daha qəbul etdirir: bu, xüsusilə Xankəndidəki mitinq və separatçıların gözləntiləri fonunda daha çox əhəmiyyət qazanır...

A.Nərimanlının fikirlərinə görə, görüşdən öncə Paşinyanın Azərbaycanın qəbul etmədiyi “15 bəndlik rus planı”nı masaya gətirmək cəhdlərinin qarşısını alır, beləliklə, sülh müqaviləsi ilə bağlı özünün təqdim etdiyi 5 bəndlik prinsipinin fundamentallığını qorumuş oldu.

“Üçtərəfli razılaşmaların icrası məsələsini bir daha erməni qoşunların Azərbaycan ərazisindən tam çıxarılması, o cümlədən, Naxçıvana “maneəsiz keçid”in (Zəngəzur dəhlizi) verilməsi öhdəliyinin yerinə yetirilməsinin arxa plana keçmədiyini aktual etdi. Ərazi bütövlüyü və sərhədlərin qarşılıqlı tanınması ilə Qərbdə qəbul edilən mövqeyini Rusiya masasında bir daha təsdiq etmiş oldu”.

Paşinyan prosesləri Bakının əleyhinə çevirmək gedişlərinin işə yaramadı...

Üçtərəfli görüşdə birgə bəyanat razılaşdırıldı - FOTO Üçtərəfli görüşdə birgə bəyanat razılaşdırıldı - FOTO

A.Nərimanlı qeyd etdi ki, sənəddə Praqa bəyanatında əksini tapan məqamın - “bütün problemli məsələlər BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsinə uyğun həll etmək” qeydinin təkrar vurğulanması diqqət çəkir.

“Həmin sənəddə Ermənistan Alma-Atı bəyannaməsinin üzərində “iki ölkə ərazi bütövlüyünü 1991-ci ildə qarşılıqlı tanıyıb” iddiasını davam etdirmək, “sərhədi SSRİ dağılanda mövcud inzibati xətlərlə müəyyən etmək”, “Qarabağı hüquqi məsələ” kimi saxlamaq məqsədilə dayanır, hərçənd, BMT Nizamnaməsinin - ərazi bütövlüyünün ön planda olması, eləcə də “Alma-Atı bəyannaməsinin formal xarakter daşıması” bunu sual altına salır. Bu məqamın qeyd olunması Paşinyanı “nəticəsiz yola salmamaq” məqsədi də daşıya bilər. Lakin “BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsi” qeydi ilə Bakı ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin önə çıxarılması, Brüssel formatının alternativ kimi qalması və sülh müqaviləsinə beynəlxalq zəmanətin əldə edilməsi hədəfinə də oynayır. Bəyanatın yekun nəticəsi xüsusilə ərazi bütövlüyünün tanınması və Qarabağ məsələsinin arxa plana keçirilməsi baxımından Azərbaycanın maraqlarına uyğundur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR