Tərtərdə qəza - Xəsarət alanlar var

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib.

Baş Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə, hadisə aprelin 25-i saat 18 radələrində qeydə alınıb.

Belə ki, Məmmədzadə Şaiq İlham oğlu idarə etdiyi “VAZ 21104” markalı minik avtomobili ilə Tərtər şəhəri E.Hüseynov küçəsi ərazisindən keçən asfalt yolda hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkət edərək sola dönən Rzayev İlham Mustafa oğlunun idarə etdiyi “QAZ 32213” markalı mikroavtobus ilə toqquşub.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mikroavtobusda olan sərnişinlər Çələbiyeva Təranə Qamil qızı, Quliyeva Dilarə Məhərrəm qızı, Əliyeva Gülnarə Eldar qızı və Əlizadə Lalə Vüqar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Tərtər RPŞ-nin İQ-da araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR