Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

“Biz HƏMAS-ın vasitəçilərin Qəzzada atəşkəs təklifini qəbul etmək qərarını alqışlayırıq və İsraildən də oxşar addımlar gözləyirik”, - Ərdoğan vurğulayıb.