Banan dünyada ən çox yetişdirilən tropik meyvələrdən biridir. İmmunitet sisteminin fəaliyyətini yaxşılaşdıran zəngin B6 vitamini mənbəyidir.
Metbuat.az xarici mediaya istinadən bananın faydalarını təqdim edir:
- Banan qan şəkərini balanslaşdırmağa kömək edir.
- Ürək sağlamlığını qoruyur.
- İnsulin müqavimətini artırmaqda təsirlidir.
- Hüceyrələri oksidləşdirici stresdən qoruyaraq yaşlanma əleyhinə təsir göstərir.
- Mədə narahatlığını aradan qaldırmağa kömək edir.
- Tərkibindəki kalium sayəsində güclü enerji mənbəyidir.
- Həzm sisteminin tənzimlənməsində rol oynayır.
- Toxluq hissi yaratdığı üçün pəhriz zamanı rahatlıqla istifadə edilə bilər.
- İdman performansını artırmağa kömək edən banan həm də idmançıların üstünlük verdiyi qidadır.