Türkiyə futbolu ilə bağlı inqilabi qərar verildi

Futbolda ən çox müzakirə olunan mövzulardan biri olan hakimlərlə bağlı Türkiyədə maraqlı qərar qəbul edilmək üzrədir.

Metbuat.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası ilə peşəkar liqalarda mübarizə aparan klublar müstəqil hakimlər şurasının yaradılması ideyasında birləşiblər. Alman modelindən ilhamlanan layihə bütün klublardan razılıq alıb. Növbəti mövsümdən etibarən hakim təyinatlarında müstəqil hakimlər şurasının söz sahibi olması planlaşdırılır. Türkiyə Futbol Federasiyası və klubların razılaşdırdığı layihə aşağıdakı kimi həyata keçiriləcək.

Türkiyə Futbol Federasiyası peşəkar klublar 5 nəfərdən ibarət yeni komitə quracaq. Qurumun üzvlərindən 3-ü Türkiyə Futbol Federasiyası, 2-si isə klublar tərəfindən müəyyən ediləcək. 5 üzvdən ibarət bu təşkilat müstəqil arbitraj şurası təyin edəcək. Arbitraj komitəsi hakimlərin müəyyən edilməsi də daxil olmaqla, bütün növ hakimləri təyin etmək və onlara sanksiya vermək səlahiyyətinə malik olacaq. Bu strukturla İdarə Heyəti hakim təyinatlarında klubların mütləq söz sahibi olmasını təmin edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı