Xəbər verildiyi kim, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Metbuat.az bildirir ki, 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri, müvafiq olaraq, 2024-cü il 28 və 29 dekabr istirahət günləri ilə dəyişdirilib.
Bunun nəticəsində 28 və 29 dekabr tarixləri iş günü elan olunub. Bu səbəbdən bu həftə ardıcıl 7 gün iş günü olacaq.
30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günləri olacaq. Yeni ilin ilk iş günü 2025-ci il yanvarın 6-na təsadüf edəcək.