ABŞ və İran arasında görüş başa çatdı - YENİLƏNİB

İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında sanksiyaların ləğvi və nüvə problemi ilə bağlı dolayı danışıqlar bir neçə dəqiqə əvvəl başa çatıb.

Metbuat.az Tasnim-ə istinadən xəbər verir ki, Omanın vasitəçiliyi ilə keçirilən bu danışıqlarda İranın xarici işlər naziri və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi iştirak edib.

Tərəflər İranın sülhməramlı nüvə proqramı və Oman xarici işlər naziri vasitəsilə İrana qarşı qeyri-qanuni sanksiyaların ləğvi ilə bağlı məsələlərdə öz hökumətlərinin mövqelərini bölüşüblər.

Tərəflər bu danışıqların gələn həftə davam etdiriləcəyi barədə razılığa gəliblər.

15:43

İran və ABŞ arasında dolayı danışıqların ilk raundu başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İran XİN sözçüsü İsmayıl Bəqayi bildirib.

Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında dolayı danışıqlar başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı