"Qalatasaray" Türkiyə Kubokunun finalına vəsiqə qazanıb.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi bir oyundan ibarət yarımfinal mərhələsində səfərdə "Konyaspor"a 5:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Qalatasaray" finalda "Trabzonspor" - "Göztəpə" matçının qalibi ilə qarşılaşacaq.