Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəşin yığmada fərqli vəzifədə çalışacağı iddia olunur.
Metbuat.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası futbol direktoru vəzifəsini yenidən təsis etməyi planlaşdırır və bu post üçün təcrübəli mütəxəssisin namizədliyini nəzərdən keçirir. NTV-nin məlumatına görə, federasiya bu vəzifəyə Şenol Günəşi gətirməyi düşünür. Sözügedən postda sonuncu dəfə Fatih Terim çalışıb. Ondan sonra isə futbol direktoru vəzifəsinə təyinat olmayıb.
Qeyd edək ki, Şenol Günəş Türkiyə millisində iki fərqli dövrdə baş məşqçi olub. O, 2000 - 2004-cü və 2019 - 2021-ci illərdə yığmaya rəhbərlik edib.