Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo karyerasında daha bir tarixi uğura yaxınlaşır. Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 41 yaşlı hücumçu vurduğu növbəti qolla karyerasındakı ümumi qol sayını 981-ə çatdırıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Ronaldo Asiya Çempionlar Liqasının liqa mərhələsində Özbəkistanın “Neftçi” komandası ilə qarşılaşmada fərqlənib.
“Əl-Nəsr”in meydanında keçirilən görüşdə Səudiyyə Ərəbistanı təmsilçisi 4:1 hesablı qələbə qazanıb. Ronaldo komandasının qollarından birini vuraraq şəxsi statistikasını yaxşılaşdırıb.
Portuqaliyalı hücumçunun karyerasında vurduğu qolların sayı 981-ə yüksəlib. Beləliklə, onun peşəkar karyerasında 1000 qol həddinə çatmasına cəmi 19 qol qalıb.
Qeyd edək ki, “Əl-Nəsr”in qələbəsində Sadio Mane, Aleks Telles və Ayman Yəhya da fərqləniblər. “Neftçi”nin yeganə qolunu isə Məmmədəli Paşayev vurub.
Ronaldo 1000 qol hədəfinə çatacağı təqdirdə futbol tarixinin ən diqqətçəkən fərdi göstəricilərindən birinə imza atacaq.