Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo futbol karyerası və Lionel Messi ilə rəqabəti barədə danışıb.

Metbuat.az xəbər verir ki, “CNN Portugal”a müsahibə verən portuqaliyalı ulduz qol vurmaq baxımından özünü tarixin ən yaxşı futbolçusu hesab etdiyini bildirib. “Rəqəmlər hər şeyi deyir”, - deyə Ronaldo fikrini əsaslandırıb. O, gələcəklə bağlı uzunmüddətli planlar qurmadığını, daha çox indiki anı yaşamağa üstünlük verdiyini vurğulayıb.

Messi ilə 15 il ərzində müxtəlif mükafatlandırma mərasimlərində eyni səhnəni bölüşdüklərini xatırladan Ronaldo argentinalı futbolçu ilə münasibətlərinin hər zaman yaxşı olduğunu qeyd edib.