Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də keçirdiyi əməliyyat zamanı nazir Anar Kərimov ezamiyyətdə olub.

Metbuat.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin vəzifələrini icra edən Nuridə Allahyarova bildirib: “Noyabrın 1-də Anar Kərimov ezam səfərində olub. Bu gün isə işinin başındadır”

O qeyd edib ki, vəzifəli şəxsin ezam olunması həmin şəxsin işinin başında olması deməkdir.

"Çünki iş icrası təkcə inzibati binada olmur",- deyə N.Allahyarova bildirib.


10:29

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də əməliyyat keçirdiyi zaman nazir Anar Kərimov iş yerində olmayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Unikal.az” məlumat yayıb.

Bildirilib ki, A.Kərimov DTX-nin əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib.

O bildirib ki, nazir hazırda iş başındadır.