Ermənistanın təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub -

Bu gün Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Günüdür.

Metbuat.az xəbər verir ki, bu günlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı öz işlərini gördüklərinə görə şəhid olmuş 9 azərbaycanlı jurnalistləri anıb:

"Biz Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı sırf öz işlərini gördüklərinə görə şəhid olmuş 9 azərbaycanlı jurnalisti xatırlayır və ədalət tələb edirik", - məlumatda deyilir.

Azərbaycanın şəhid olmuş 9 jurnalistlərini təqdim edirik:

Salatın Əsgərova - 1991-ci il yanvarın 9-da Şuşa yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən sıxışdırılan avtomobildə güllələnərək aldığı xəsarətlərdən həlak olub.

Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Osman Mirzəyev - 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında vurulmuş helikopterdə həlak olublar.

Çingiz Mustafayev - 22 may 1992-ci ildə Xocalı rayonunun Naxçıvan kəndində çəkilişlər zamanı Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində həlak olub.

Zibeydə Adilzadə - 28 noyabr 2020-ci il tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Seyidəhmədli kəndi ərazisində erməni silahlı bölmələri tərəfindən basdırılan minaya düşərək həlak olub.

Sirac Abışov və Məhərrəm İbrahimov - 04 iyun 2021-ci il tarixində Kəlbəcər rayonunun işğaldan azad edilmiş Susuzluq kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində həlak olublar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR