Sumqayıt Dövlət Dram Teatrında işçilərə maaş verilmir?

Sosial şəbəkələrdə Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı məlumatlar yayılıb.

Metbuat.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova deyib ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir. Nazirlik rəsmisi həmçinin qeyd edib ki, teatrda hazırda direktor vəzifəsinə təyinat yoxdur: "Məlumat üçün bildirim ki, Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib. Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR