Daxili İşlər Nazirliyinin (DİN) hərbçisi işğaldan azad edilmiş ərazidə minaya düşüb.

Metbuat.az-a bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, partlayış nəticəsində hərbçi xəsarət alıb.

Xəsarət alan hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.