Azərbaycan müstəqilliyinin ilk illərində mənfur qonşusu tərəfindən müharibəyə cəlb olundu. Bu müharibədə Azərbaycan ədalətli tərəf olduğundan onun oğul və qızlarıvətəni düşmən işğalından qorumaq üçün silaha sarıldılar. Həmin dövrdə silaha sarılanların cərgəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var idi.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının 44 günlük Vətən Müharibəsində və post müharibə dövründə fəaliyyətini özündə əks etdirən məlumatda bildirilib.
1-ci Qarabağ müharibəsində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə polis və daxili qoşunların hərbi qulluqçuları igidliklə döyüşərək qəhrəmanlıqlar göstərdilər. Amma yağı düşməni müqəddəs torpaqlardan birdəfəlik qovmaq, tarixi ədaləti bərpa etmək, düşmənə sarsıdıcı zərbə vurmaq üçün tarixi zəmin 2020-ci ci ilin sentyabr ayının 27-də yarandı.
Azərbaycan polisi və daxili qoşunların hərbi qulluqçuları hər bir azərbaycanlının uzun illərdir həsrətində olduğu torpaqlarımızın azad olunması uğrunda başlayan Vətən müharibəsində əsl fədakarlıq nümunəsi göstərdilər. 2020-ci il sentyabr ayının 28-dən ölkə ərazisində hərbi vəziyyət elan edildi. Bundan əlavə paytaxt Bakı, eləcə də bir neçə iri şəhər və rayonlarda hərbi vəziyyət dövründə komendant saatı elan olundu. Bununla da gərgin iş rejimində xidmət aparan polisin fəaliyyət sahəsi bir qədər də genişləndi.
2020-ci ilin payızını Azərbaycan polisinin imtahan dönəmi də adlandıra bilərik. Belə ki, Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları cəbhədə bir düşmənə qarşı döyüşürdüsə, polis əməkdaşları eyni anda ikinci bir düşmənlə mübarizə aparırdı. Söhbət “Covid-19” virusundan gedir. Gözlə görünməyən bu düşmən hər yerdə idi. Qürurla deyə bilərik ki, bu imtahandan da asayiş keşikçilərimiz üzüağ çıxdılar.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında xüsusi rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər. Bir-birinin ardınca azad olunan rayonlarımıza, kəndlərimizə ilk ayaq basanların, o torpaqlarda bayrağımızı dalğalandıran oğullarımızın arasında Daxili İşlər Nazirliyinin şəxsi heyəti də var idi. Ağır döyüşlərdə onlardan:
- Mayor- Şıxamir Qaflanov
- Kapitan- Türkay Hüseynli
- Kapitan- Şamil Babayev
- Baş leytenant- Kamran Kazımov
- Baş leytenant- Təhmasib Mustafayev
- Leytenant- Qəzənfər Məmmədov
- Gizir- Faiq Həsənov
- Gizir- Sərxan Abdullayev
- Gizir- Cahid Tağızadə
- Gizir- Mais Səmədov
- Gizir- Vüqar Ələkbərov
- Gizir- Emil İsgəndərov
- Kiçik gizir- Anar Məmmədov
- Baş çavuş- Fərid Hüseynov
- Baş çavuş- Tofiq Həsənov
- Baş çavuş- Tural Abdullayev
- Baş çavuş- Vüqar Cəfərov
- Baş çavuş- Ruslan Qurbanov
- Baş çavuş- Əsgər Əhmədov
- Baş çavuş- Sahib Məmmədov
- Baş çavuş- Surxay Mehdiyev
- Baş çavuş- Ruslan Sadıqov
- Baş çavuş- Elçin Nadirov
- Baş çavuş- Məhəmməd Hüseynov
- Baş çavuş- Vüsal Allahyarov
- Baş çavuş- Seymur Həsənli
- Baş çavuş- Şahlar Məmmədov
- Baş çavuş- Elvin Abbasov
- Baş çavuş- Orxan Babayev
- Baş çavuş- İsmayıl Qəsəbov
- Baş çavuş- Səid Cəfərov
- Baş çavuş- Anar Vəlizadə
- Baş çavuş- Vüqar Əkbərov
- Çavuş- Ramiz Ağayev
- Çavuş- Orxan Ömərov
- Çavuş- Orxan Mirzəyev
- Çavuş- Ceyhun Rzayev
- Çavuş- Cəlil Xeyrullayev
- Çavuş- Sənan Ələsgərzadə
- Çavuş- Emil Fətəliyev
- Çavuş- İbrahim Cəbrayıllı
- Çavuş- Hilal İmanzadə
- Çavuş- Həsən Abdullayev
- Çavuş- Elvin Məmmədov
- Çavuş- Rauf Süleymanov
- Çavuş- Tərlan Eyniyev
- Çavuş- Abbas Şahbazov
- Çavuş- Sabir Əbdürrəhmanlı
- Çavuş- Mirsəfa Mirəşrəfbəyli
- Çavuş- Asif Talıblı
- Çavuş- Afər Orucov
- Çavuş- Cavad İbadov
- Çavuş- Ramazan Vəliyev
- Çavuş- Elsevər Piriyev
- Kiçik çavuş- Mikayıl Mikayılzadə
- Baş əsgər- Kamran Fərəcov
- Baş əsgər- Pərviz Həsənov
- Əsgər- Fərid Seyfullayev
- Əsgər- Nəzir Osmanov
- Əsgər- Cahangir Surxayzadə
- Əsgər- Tural Bayramlı
- Əsgər- Elnur Bağırov
- Əsgər- Ayaz Abasov
- Əsgər- İsmayıl Məmmədov
- Əsgər- Fərid Vəliyev
- Çavuş- Elşən Quluzadə
ümumilikdə 66 nəfər şəhid oldular. 346 hərbi qulluqçu yaralandı, 4 nəfər Vətən müharibəsi qəhrəmanı adına layiq görüldü. Vətən müharibəsində qazanılan zəfərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Ali dövlət mükafatları ilə təltif edilənlər arasında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var idi.
Müharibə zamanı və post-müharibə dönəmində Daxili İşlər Nazirliyinin əməkdaşları bütün şəhər və kəndlərimizdə, o cümlədən işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamaqdadır. Bu mühüm məsələnin əsas məsuliyyəti məhz onların üzərinə düşür. Bir sözlə polis və hərbi qulluqçular işğaldan azad edilmiş ərazilərdə öz xidmətlərini yüksək səviyyədə həyata keçirir, təhlükəsizliyimizi möhkəmləndirirlər. Təmkinli, cəsur, daim ayıq-sayıq xidmətdə olan polislərimiz işğaldan azad edilən torpaqlarda Azərbaycan qanunlarının keşiyindədir. 30 ilə yaxın düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Sevindirici haldır ki, artıq həmin şəhər və rayonlarımızda polis əməkdaşları illərdir həsrətində olduqları ərazilərdə xidmət aparırlar. Bu gün əsasən məqsədlərindən birivətəndaş məmnunluğunu təmin etmək olan Azərbaycan polisi cəmiyyətin hər bir üzvünün güvənc yeri, əminliklə kürəyini söykədiyi bir dayaqdır. Azərbaycan polisi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin tərəqqisinə, inkişafına layiqli töhfələr vermək üçün bu gün də yorulmadan, ayıq-sayıq dövlətə və dövlətçiliyə xidmət edir.