Azad edilən ərazilərdə daha 349 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 349 mina aşkarlayıb.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, noyabrın 7-dən 12-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 170, tank əleyhinə 179 mina və 357 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 485 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR