"525-ci qəzet"in yaranmasından 30 il ötür

Bu gün "525-ci qəzet"in yaranmasından 30 il ötür.

Metbuat.az xatırladır ki, qəzet 1992-ci il 17 noyabrda ilk dəfə Rəşad Məcidin təsisçiliyi ilə nəşrə başlayıb.

Onun adının da maraqlı tarixi var. Belə ki, qəzeti öncə "Sabah", "2x2" adı ilə çap etdirmək istəsələr də, hər iki adda başqa nəşrin qeydiyyatdan keçdiyi məlum olub. Ona görə də rəhbərlik yeni ad fikriləşməli olub. Bu zaman Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar "525-ci qəzet" adını götürməyə qərar veriblər.

1996-ci ilə kimi həftəlik nəşr olunan qəzet, 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunub. Qəzetin ilk redaktoru Yusif Rzayevdir. O, hazırda "525"də baş redaktorun birinci müavinidir. Yusif Rzayevdən sonra qəzetə Səbuhi Məmmədli və Yaşar Əliyev redaktorluq ediblər. Qəzetin baş redaktoru Rəşad Məcid 1995-ci ildən qəzetə rəhbərlik edir. Müsətqillik dövrü mətbuatının ilk qaranquşlarından olan qəzetin informasiya, siyasət, iqtisadiyyat, mədəniyyət və idman şöbələri fəaliyyət göstərir.

"525-ci qəzet" indi çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə günləri çıxır.

Metbuat.az kollektivi adından "525-ci qəzet"i 30 yaşı münasibətilə təbrik edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR