Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümmətyarov Ruslan Şükür oğlu həkimlərin səyinə baxmayaraq noyabrın 17-də vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi vəfat edib.

"Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!", - deyə məlumatda qeyd olunub.