Jurnalistlər üçün keçirilən 2 günlük təlim başa çatdı -

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 40-a yaxın jurnalist üçün “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda keçirilən 2 günlük təlim başa çatıb.

Metbuat.az xəbər verir ki, ADA Universitetində keçirilən təlimlərdə spiker kimi çıxış edən Tükiyənin bir çox media subyektlərində çalışmış, 4 il “The Washington Times”da köşə yazarı kimi fəaliyyət göstərmiş, 30 il xarici siyasət şərhçisi olmuş, bundan əlavə bir çox məqalələri “New York Times”, “International Herald Tribune”, “ForeignPolicy.com”, “Daily Caller”, “Daily Star”, “Middle East Times” ve “SAIS Turkey Analyst Report” kimi media subyektlərində nəşr edilmiş Tülin Daloğludur. O, “Jurnalistikada etika və müəllif hüquqları nədir?”, “Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin formalaşması”, “Yeni media və etika: internet jurnalistikasında tez-tez rast gəlinən etik pozuntular”, Medianın hazırki vəziyyəti - ictimai gözləntilər və jurnalistika prinsipləri” və s. mövzularında edib, interaktiv müzakirə sessiyalarında jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, 2 gün davam edən təlimlərin məqsədi jurnalist peşəsinin əsas prinsiplərinin, etika qaydalarının və müəllif hüquqlarının qorunmasının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyinin bir daha vurğulanmasıdır.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR