Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda “NATO günləri”nə start verilib.

Metbuat.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub.

Noyabrın 25-dək keçiriləcək “NATO günləri” çərçivəsində müxtəlif mövzularda brifinqlər təqdim olunacaq.