Nazirlik Kukla Teatrında yoxlamalar aparır

Kütləvi informasiya Vasitələrində Mədəniyyət Nazirliyinin Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparılması ilə bağlı xəbərlər yayılıb.

Metbuat.az-ın sorğusuna cavab olaraq Nazirlikdən bildirilib ki, yayılan məlumatlar doğrudur. Adıçəkilən teatırda xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb. Nəticəsi barədə məlumat veriləcək:

"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür. Nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb. Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb. Xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək", - deyə bildirilib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR