Qurban İsmayılov Estoniyada “Ən yaxşı aktyor” seçildi -

Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi Estoniyada keçirilən “PÖFF Tallinn Black Nights” festivalında mükafat alıb.

Metbuat.xəbər verir ki, bu barədə layihənin prodüseri Fariz Əhmədov feysbuk səhifəsində məlumat verib.

O, Xalq artisti Qurban İsmayılovun filmdəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında qalib gəldiyini də bildirib.

Qeyd edək ki, filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur.

Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.

Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR