Jurnalist İlkin Zərbəliyev vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları feybukda məlumat yayıb. Qeyd olunub ki, Zərbəliyev dağınıq sklerozdan əziyyət çəkirmiş.

Həmkarımız bu gün doğuldu Kürdəmir rayonunda son mənzilə yola salınıb.

Qeyd edək ki, İlkin Zərbəliyev Hüquq fakültəsini bitirib. 2000-ci ildən 2014 ilə qədər "Lider" Televiziyasının "Səda" xəbərlər buraxılışı üçün reportajlar hazırlayıb.