Polşanın hüquq-mühafizə orqanları Baş nazir Donald Tusk və müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı mümkün sui-qəsd cəhdi ilə bağlı məlumat əldə edib.
Metbuat.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaletska “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun bildirdiyinə görə, məlumat daxil olduqdan sonra daxili işlər naziri Marçin Kervinski və xüsusi xidmət orqanlarının fəaliyyətini əlaqələndirən nazir Tomaş Semonyak təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı göstəriş veriblər.
Qaletska, həmçinin məsələni müzakirə etmək və zəruri addımları müəyyənləşdirmək məqsədilə Daxili İşlər Nazirliyinə tabe olan xüsusi xidmət qurumlarının təcili iclasının keçiriləcəyini açıqlayıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.