Bakının Xətai rayonunda yanğın başlayıb.
Metbuat.az xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində taxta və təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.