"Biz də Moskvanı "Moskoviya", Sankt-Peterburqu "Leninqrad" adlandıraq" -

Son bir həftə ərzində Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin sülhməramlı qüvvələrin Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş ərazilərdə yaşayış məntəqələri və coğrafi adlarla bağlı erməni adlarından istifadə etməsinə dair 6 bəyanat yayıb.

Maraqlısı budur ki, sülhməramlılar etdikləri səhvi təkrarlayırlar. Noyabrın 29-da Müdafiə Nazirliyi bəyanat yayaraq "Mardakert" və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq "Ağdərə, Xocavənndir" olduğunu desə də, nəticə dəyişmədi.

Elə dünən Nazirlik yenidən bəyanat yayaraq Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, "Mardakert", "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq Ağdərə, Xocavənd, Suqovuşan və Qozlukörpü" olduğunu xatırlatdı.

Bundan əlavə, ötən həftə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi və Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Ən əsası isə bölmələrimiz Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən də qeyri-qanuni erməni dəstələri tərəfindən atəşə tutulur.

"Sülhməramlı" adı altında ərazilərimizdə müvəqqəti yerləşənlərin məqsədi həqiqətən sülhdürsə, bütün bunlar nəyə görə baş verir? Adı sülhməramlıdır, bəs məqsədi?

Hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a açıqlamasında bildirdi ki, bu hərəkətlər yolverilməzdir. Əgər xəbərdarlıqlara məhəl qoyulmursa, o zaman Azərbaycanda rus ordusu "rasist ordusu" adlandırılsın:

"Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməniməramlı komandanlığı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən edilən müraciətlərə məhəl qoymursa, biz də ilkin mərhələdə Azərbaycanda rus ordusunu "rasist ordusu", Moskvanı "Moskoviya", Sankt-Peterburqu "Leninqrad", Kuril, Saxalin , Şikotan və İrturup adalarını isə Yaponiya əraziləri adlandıraq. Qoy raşist ordusunun Qarabağdakı pisməramlı kontingentinin qanmazlığına görə bir çox rus hərbi-siyasi rəhbərlərin müxtəlif təyinatlı dəliklərindən "Admiral Kuznetsov" aviakresyerində olduğundan daha çox qara tüstü çıxsın. Nəticə çıxarmasalar, iynənin diametrini, dozasını və dərinliyini bir az artırarıq", - deyə ekspert qeyd etdi.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR