Ötən ay işğaldan azad olunmuş ərazilərdə 1000-dən çox mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

Metbuat.az-a ANAMA-dan verilən məlumata görə, noyabrda (01.11.2022 - 30.11.2022) Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 782 piyada əleyhinə mina, 344 tank əleyhinə mina və 1735 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2522,6 hektar ərazi mina və PHS-dən təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR