Xalq artisti Aftandil İsrafilovun səhhətində problemlər yaranıb.

Metbuat.az xəbər verir ki, ötən gün vəziyyəti ağırlaşan sənətçi təcili olaraq xəstəxanaya yerləşdirilib.

Bu barədə məlumatı Hacı Nuran paylaşıb. O qeyd edib ki, xəstəxanaya yerləşdirilən Aftandil İsrafilovun vəziyəti ağırdır.