Qırğız Respublikasının paytaxı Bişkek şəhərində Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Metbuat.az xəbər verir ki, Bişkekdə baş verən görüşdə regionda baş verən hadisələr müzakirə edilib.
TASS-ın məlumatına görə, Paşinyan regionada vəziyyətin gərgin olduğunu deyib: "Regionumuzda vəziyyət gərgin olaraq qalır. Əsas məsələ təbii ki, Qarabağdır. Biz Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında gərginliyin artdığını görürük. Laçın dəhlizi ilə bağlı Qarabağdakı ermənilər də narahatdır".
Qeyd edək ki, Ermənistan Baş naziri Rusiya lideri ilə görüşə gecikib. Bu səbəbdən, Putin Paşinyanı bir müddət gözləməli olub.
